AZ

Bakıda bu kirayə evlər bahalşıb AÇIQLAMA

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ötən ay daşınmaz əmlak bazarının kirayə seqmentində daha çox tələb olunan bir otaqlı mənzillər təqribən 50 manat civarında bahalaşmağa məruz qalıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu həmin mənzillərin kirayə qiymətlərinin 8-10 faiz bahalaşdığını göstərir.

"Satış bazarı ilə bağlı deyə bilərəm ki, infrastrukturun daha çox inkişaf etdiyi Nəsimi, Yasamal, Səbail, Nərimanov və Xətai rayonlarında qiymət artımı digərlərinə nisbətən daha sürətlə baş verir. Ötən ilin sonlarında bu rayonlar üzrə həm obyektlər, həm mənzillərin qiymətləri bahalaşıb",-deyə Vüqar Oruc əlavə edib.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
baku.ws

1Mənbələr