AZ

Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır

Rusiyada alimlər 2 il ərzində onkoloji xəstəliklərin sürətli müəyyən edilməsi üçün ekspress-test sistemi hazırlamağı planlaşdırır.

Milli.Az xəbər verir ki, bunu Uzaq Şərq Federal Universitetinin Qabaqcıl Mühəndislik Məktəbinin direktoru Lyudmila Tekutyeva bildirib.

Onun sözlərinə görə laboratoriyalarda xərçəng xəstəliklərinin tez aşkarlanması üçün ferment əsaslı test-sistem üzərində iş aparılır. Alimlər bu məqsədlə diaqnostika üçün uyğun olan unikal dəniz mikroorqanizmləri aşkar ediblər.

Hazırda test-sistem üzrə doklinik sınaqlar davam edir. Tədqiqatçıların məqsədi bu mərhələni 2 il ərzində başa çatdırmaqdır. Tekutyeva bildirib ki, alimlər artıq fermentlərin bioreaktorlarda sintezi texnologiyasını hazırlayıblar və tam istehsal dövrü formalaşdırılıb. Hazırda işlər birbaşa test-sistemin yaradılması mərhələsinə keçib.

Qeyd edək ki, daha əvvəl xarici mütəxəssislər xərçəngin erkən əlamətlərindən biri kimi uzunmüddətli simptomlara diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.

İsmayıl
Milli.Az

Seçilən
67
2
milli.az

3Mənbələr