Apşeron rayonunun Xırdalan şəhərində ölüm hadisəsi qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bir neçə gün öncə məhbusluq həyatından əfv edilərək azadlığa buraxılan şəxs taksidə olarkən ölüb
Məlumata görə, Hüseynzadə Ramin Məhər oğlu taksi ilə hərəkətdə olarkən qəfil halı pisləşib və nəticədə həyatını itirib.
Onun meyiti müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.