AZ

Uitkov və Kuşner Parisdə Ukrayna ilə bağlı sammitdə iştirak edəcəklər

Vaşinqton, 5 yanvar, AZƏRTAC

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və müşaviri Cared Kuşner Ukraynanın təhlükəsizlik zəmanətlərinə həsr olunmuş Zirvə toplantısında iştirak etmək üçün yanvarın 6-sı Parisə gedəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evə məlumat yayıb.

Sammitdə təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmaq istəyən təxminən 30 Qərb ölkəsinin liderləri iştirak edəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
27
azertag.az

1Mənbələr