GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Venesuela hakimiyyəti ABŞ-ın son addımlarından sonra ölkədə səfərbərlik elan edib və fövqəladə vəziyyət tətbiq olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Fərmana əsasən, ölkədə fövqəladə vəziyyət rejimi qüvvəyə minib və silahlı qüvvələrin səfərbərliyi nəzərdə tutulur. Neft sənayesində çalışanlar və bir sıra digər strateji əhəmiyyətli sahələrin əməkdaşları üçün “hərbi rejim” tətbiq edilib.
Bundan başqa, hakimiyyət polisə ABŞ-ın Venesuela ərazisində həyata keçirdiyi əməliyyatlara dəstək verən və ya iştirak edən şəxslərin dərhal ümumölkə üzrə axtarışına və həbsinə başlanılması barədə göstəriş verib.
Baş verən hadisələr fonunda paytaxt Karakasda prezident Nikolas Maduronun azadlığa buraxılması tələbi ilə hakimiyyətə dəstək aksiyaları keçirilib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.