Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski yaşlı atası Stanislavın Yeni il öncəsi Moskva vilayətindəki özəl klinikada müalicə olunmasını təşkil edib. Bu barədə Telegram kanalları məlumat verib.
Sırski dekabrın sonlarında vəziyyəti pisləşdikdən sonra atası üçün özəl Rusiya klinikasının xidmətlərini ödəyib. Ata Sırski 86 yaşındadır və ona pnevmaniya diaqnozu qoyulub. Shot Telegram kanalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təxminən bir milyon rubl dəyərində müalicə və reabilitasiya xərclərini ödəyib və atasının Vladimirdən Moskva vilayətinə daşınmasını da təşkil edib.
Xəstənin vəziyyəti sabitləşib, ağ ciyərləri müalicə olunub və hazırda dəstəkləyici terapiya alır. Kanalın məlumatına görə, təqaüdçü Yeni il gecəsini klinikada qeyd edib. Həkimlər onun bir daha yeriməyəcəyinə inanırlar.
Əvvəllər bildirilirdi ki, Sırski-nin səhhətindəki problemlər 2022-ci ildən sonra Ukrayna ilə bağlı fərqli mövqelərinə görə daha da pisləşib. Xüsusi əməliyyat başladıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vətənpərvər olan və Rusiya Federasiyasını dəstəkləyən valideynləri ilə əlaqəni dayandırıb.
SAMİRƏ