AZ

Rəhbərlikdən narazıdır - Transfer siyasətinə görə

Sportinfo.az xəbər verir, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun transfer siyasətindən narazıdır.

Portuqaliyalı mütəxəssis rəhbərliyə açıq şəkildə bildirib ki, komandada 3-4-3 taktiki sxemini tətbiq etmək niyyətindədir və buna uyğun futbolçulara ehtiyac duyur.

Hazırda klub daxilində transfer bazarına yanaşmanın müəyyənləşdirilməsi ilə bağlı müzakirələr davam edir.

“Qırmızı şeytanlar” ötən gün İngiltərə Premyer Liqasında səfərdə “Lids”lə qarşılaşıb və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Amorimin rəhbərlik etdiyi komanda 20 turdan sonra 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Seçilən
65
sportinfo.az

1Mənbələr