AZ

Ekspertlər XƏBƏRDARLIQ EDİR: Ölkəyə palma yağlarının idxalı ARTIR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Biz palma yağlarının insan sağlamlığına olan zərərli təsirlərindən tez-tez danışırıq, bu, məsələnin bir tərəfidir. Amma digər tərəfdən də palma yağını daha geniş baxımdan nəzərdən keçirmək lazımdır".Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib. O, bildirib ki, palma yağı, yağ palmalarının meyvəsindən əldə olunan bir yağdır və bu yağın doymuş yağ turşuları nisbətən yüksəkdir və digər maye bitki yağlarına görə doymuş yağ miqdarı daha çoxdur:"Eyni zamanda, emal prosesi zamanı bəzi vitaminlər və antioksidantlar itir. Lakin xam palma yağında keratin və vitamin E yüksək səviyyədədir və orqanizm üçün yüksək enerji mənbəyi kimi qiymətləndirilir. Bu, məsələnin müsbət tərəfidir".Ekspert bildirib ki, digər tərəfdən, palma yağının sağlamlıq baxımından müəyyən problemlərə yol aça biləcəyi də qeyd olunur:"Belə yağlar ürək-damar xəstəliklərinə səbəb ola bilər, pis xolesterinin səviyyəsini yüksəldə və xərçəng riskini artır bilər. Böyrək və qaraciyərə zərər verə bilər, xüsusilə körpə və uşaqlar üçün istifadəsi qətiyyən məsləhət görülmür, çünki sümük inkişafına mənfi təsir göstərə və süni qidalarla birləşdikdə uşaqlarda müxtəlif fəsadlar yarada bilər".Onun sözlərinə görə, palma yağının uzunmüddətli istifadəsi piylənmə, diabet riski və insulin müqavimətinə səbəb ola bilər, metabolizmi yavaşladaraq həzmi çətinləşdirə bilər:"Bu yağ ən çox şirniyyatlarda, tortlarda, çipslərdə, fast food məhsullarında, ucuz pendirlərdə və kolbasa məhsullarında istifadə olunur. Belə qidalardan mütəmadi istifadə insan orqanizminə mənfi təsirsiz ötüşmür. Ən ciddi problem isə ürək-damar xəstəlikləri ilə bağlıdır: tromblaşma və xolesterinin yüksəlməsi bu riskləri artırır".Ekspert qeyd edib ki, müqayisə etdikdə, palma yağının mütəmadi istifadəsi ziyan baxımından xeyrindən çoxdur:"Buna görə də yaxşı olardı ki, məhsulların üzərində palma yağının olub-olmaması və miqdarı açıq şəkildə göstərilsin ki, insanlar nə istifadə etdiklərini bilsinlər".Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana ümumilikdə 42 min 465,69 ton palma yağı və onun fraksiyaları idxal olunub.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr