AZ

“Mən ləyaqətli insanam, əvvəlki kimi ölkəmin prezidentiyəm” –Maduro məhkəmədə danışdı

“Mən ləyaqətli adamam, mən əvvəlki kimi hələ də ölkəmin prezidentiyəm.”

AzPost bildirir ki, bu sözləri Venesuelanın prezidenti Nikolas Maduro Nyu-York məhkəməsində deyib. Maduro günahsız olduğunu bildirib. O, özünü “hərbi əsir” adlandırıb. Həyat yoldaşı Cilia Flores də ABŞ-da kokain qaçaqmalçılığı ittihamları üzrə günahsız olduğunu bildirib.

Maduro Nyu-Yorkda narkoterrorizm ittihamları ilə məhkəməyə çıxarılıb. Maduro və həyat yoldaşı Cilia Flores narkoterrorizm və silah ittihamları ilə üzləşirlər. Ekspertlər onun məhkəməsinin 2027-ci ildə başa çatacağını və yalnız bu gün ittihamların irəli sürüləcəyini proqnozlaşdırırlar.

Reuters-in məlumatına görə, hakim Nikolas Maduroya 17 martda məhkəməyə gəlməyi əmr edib. Maduroya Venesuela konsulu ilə əlaqə saxlamağa icazə verilib.

AzPost.az

Seçilən
40
1
azpost.info

2Mənbələr