Kilian Mbappe klubu üçün fədakarlıq edibmiş.
"Football-plus.az" xəbər verir ki, “Real”ın hücumçusunun son oyunlarda zədəyə baxmayaraq, meydana çıxdığı məlum olub.
AS nəşrinin məlumatına görə, fransalı futbolçu ümumilikdə 270 dəqiqə zədəli halda oynayıb. O, La Liqada “Alaves” (2:1) və “Sevilya” (2:0) ilə matçlarda, həmçinin İspaniya kubokunda “Talavera de la Reyna”ya qarşı oyunda (3:2) 90 dəqiqə meydanda olub. Tibbi müayinədən sonra Mbappenin İspaniya Superkubokunun oyunlarında iştirakı sual altına düşüb.
Qeyd edək ki, Superkubokun yarımfinal oyunları yanvarın 7-si və 8-də keçiriləcək. Bu mərhələdə “Barselona” – “Atletik” və “Real” – “Atletiko” cütləri üz-üzə gələcəklər. Final isə yanvarın 11-nə təyin olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta