AZ

"Baku City Karting" əyləncə mərkəzində ölüm hadisəsi baş veribVİDEO

Bakıda kartinq maşınlarının toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, faciəvi hadisə "Baku City Karting" əyləncə mərkəzində baş verib.

Bakı şəhər sakinləri - 16 yaşlı Fatimə Bəhlulzadənin və 17 yaşlı Kamal Səfərlinin idarə etdikləri kartinq avtomobilləri ehtiyatsızlıqdan toqquşub. Nəticədə Kamal Səfərli dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisəyə maşınlardan birində yaranmış qəfil nasazlıq səbəb olub.

Hadisə ilə bağlı "Baku City Karting" əyləncə mərkəzindən məlumat almaq istəsək də, mərkəzin ayın 1-dən fəaliyyət göstərmədiyini öyrəndik. Zənglərə də cavab verən olmadı.

Faktla bağlı cinayət işi başlanıb.

Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
114
xezerxeber.az

1Mənbələr