AZ

Nikolas Maduro ABŞ məhkəməsində özünü təqsirli bilməyib

Bakı. Trend:

Nikolas Maduro ABŞ-da federal məhkəmədə ilk dəfə çıxış edərəkona qarşı irəli sürülən narkotik qaçaqmalçılığı və “narkotikterrorizmi məqsədilə sui-qəsd” ittihamları üzrə özünü təqsirlibilmədiyini bəyan edib.

Trend xəbər verir ki,məhkəmədə çıxışı zamanı Maduro hakimə bildirib: “Mən günahsızam.Mən layiqli bir insanam və ölkəmin prezidentiyəm.”

Məhkəmə iclasında ABŞ prokurorluğu tərəfindən ittihamlarınxülasəsi oxunub. Sözügedən ittihamlar Donald Tramp administrasiyasıdövründə Maduronun həbs edilərək Nyu-Yorka gətirilməsiniəsaslandıran cinayət işinə dayanır.

Maduro ittiham aktını oxumadığını və hüquqları barədə əvvəlcədənməlumatlandırılmadığını deyib. O, tərcüməçi vasitəsilə bildirib ki,bu hüquqlardan yalnız məhkəmə zamanı xəbərdar olub.

Maduronun həyat yoldaşı, Venesuelanın birinci xanımı CiliaFloresə müraciət edərək şəxsiyyətini təsdiqləməsini istəyib. Floresməhkəmədə özünü Venesuela Respublikasının birinci xanımı kimitəqdim edib və ona qarşı irəli sürülən ittihamlar üzrə də günahsızolduğunu bəyan edib: “Günahkar deyiləm.”

Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.

Seçilən
77
1
az.trend.az

2Mənbələr