AZ

Maduro məhkəmədə bu sözləri dedi

Narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu Yorkda məhkəmə qarşısına çıxarılıb.Metbuat.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb. Nikolas Maduro və həyat yoldaşı Siliya Flores onlara qarşı irəli sürülən ittihamları rədd ediblər."Mən təqsirsizəm. Mən vicdanlı insanam", - Maduro qeyd edib.O, özünü "hərbi əsir" adlandırıb.İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib. Maduro səhhətində problem olduğunu, həbs müddətində müvafiq tibbi yardım almaq üçün müraciət edib. Növbəti iclas 17 martda keçiriləcək.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Seçilən
71
metbuat.az

1Mənbələr