Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Nyu-Yorkda keçirilən məhkəmə prosesində Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores özünü tam günahsız hesab etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Mən günahsızam, tamamilə günahsızam", – deyə o, iclas zamanı qeyd edib.
Məhkəmədə Prezident Nikolas Maduro vəkili Barri Pollakın yanında əyləşib. Siyasətçi iclas zamanı tərcümə üçün qulaqcıqlardan istifadə edib və qeydlər aparıb. Maduronun yanında həmçinin Siliya Flores və ikinci vəkil Mark Donnelli də yer alıb.
İttiham aktının elanından əvvəl dairə məhkəməsinin hakimi Elvin Hellerstayn Venesuela liderini salamlayıb. Maduro buna başı ilə işarə edərək cavab verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.