Vaşinqton Qərb yarımkürəsində təhlükəsizliyini qoruyacağını bəyan edib...
Poliqon xəbər verir ki, ABŞ Dövlət Departamenti sosial şəbəkə X-də yayımladığı rəsmi açıqlamada Qərb yarımkürəsini ölkənin “istisna maraqlar zonası” elan edib. Açıqlamada bildirilir ki, bu yarımkürə ABŞ üçün strateji əhəmiyyət daşıyır və heç bir xarici təhdidin burada qəbul edilməsinə yol verilməyəcək.
Rəsmi mesajda qeyd olunur: “Bu bizim yarımkürəmizdir və prezident Donald Tramp buna imkan verməyəcək ki, bizə hər hansı təhlükə yaranmış olsun.” Dövlət Departamenti bu bəyanatla ABŞ-ın Qərb yarımkürəsindəki prioritetlərini və regional təhlükəsizlik siyasətini açıq şəkildə ortaya qoyub.
Məlumata görə, bu yanaşma ABŞ-ın Latın Amerikası və Karib regionunda artan təsirini qorumaq və potensial rəqiblərin hərəkətlərinə qarşı müdafiə tədbirləri görmək niyyətini əks etdirir. Ekspertlər bu açıqlamanı həm regional geopolitikada, həm də beynəlxalq hüquq prinsipləri çərçivəsində ABŞ-ın mövqeyinin sərtləşməsi kimi qiymətləndirirlər.
Poliqon.info