ABŞ Dövlət Departamenti X sosial şəbəkəsində Qərb yarımkürəsini öz ölkəsinin xüsusi maraq zonası elan edib. Paylaşılda bildirilir ki, “bu bizim yarımkürəmizdir və prezident Donald Tramp təhlükə yaranmasına imkan verməyəcək”.
Ötən günlərdə ABŞ senatoru Marko Rubio ölkəsinin Venesuela ilə müharibə aparmadığını, əməliyyatın məqsədinin narkokartellərə qarşı olduğunu açıqlayıb. O, ABŞ-ın Venesuela neftinə ehtiyacı olmadığını, lakin nefti nəzarətdə saxlayaraq Rusiya, Çin və İran kimi rəqiblərin təsirini məhdudlaşdıracağını vurğulayıb.
Beynəlxalq reaksiya da gəlib: BMT baş katibi Antoniu Quterreş bütün siyasi qüvvələri Venesuelada “inklyuziv demokratik dialoqa” çağırıb və ABŞ-ın ölkədə əməliyyat apararkən beynəlxalq hüquq normalarına riayət etmədiyini qeyd edib.
Xatırladaq ki, ABŞ 3 yanvar 2026-cı ildə Venesuelaya zərbə endirərək prezident Nikolas Maduronu və həyat yoldaşını ələ keçirmiş, 5 yanvar isə Nyu-Yorkda onun işi üzrə ilk məhkəmə iclası keçirilib.