AZ

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

"Bilirsiniz, mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə demişəm: ümumi daxili məhsula baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın. Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu artıq hər şeyi açıq şəkildə göstərir. Bu, sanksiyalardan yayınma mexanizmidir. Onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır".

Marja.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Prezident sözlərinə belə davam edib: "Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi. Nə Ermənistanı qınadı, nə də ümumiyyətlə sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbul ediləndir.

Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil. Biz bunu etmirik. O, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır. Rəqəmlərlə bağlı daha bir məqamı da qeyd etmək istərdim. Rəqəmlər, əlbəttə ki, vacibdir".

Seçilən
22
2
marja.az

3Mənbələr