AZ

İranda güclü partlayışlar – NƏ BAŞ VERİR? – VİDEO

İranda Mazandaran vilayətinin Amol şəhərində yerləşən bir müəssisədə güclü partlayışlar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Əvvəlki ilkin məlumatlara görə, partlayışlara səbəb müəssisə ərazisində baş verən yanğın olub. Hadisə yerinə dərhal yanğınsöndürən və xilasedici briqadalar göndərilib və vəziyyətin nəzarət altına alınması üçün əməliyyatlar davam edir.

Hələlik partlayışın səbəbləri və nəticələri barədə dəqiq məlumat verilmir.

Görüntüləri təqdim edirik.

 

Seçilən
136
nocomment.az

1Mənbələr