AZ

Şimali Koreyadan ABŞ-nin Venesuelaya hücumuna cavab

Şimali Koreya Cənubi Koreya lideri Li Ce Myunqun Pekinə səfərindən əvvəl ballistik raketlər ataraq regionda gərginliyi artırıb.Metbuat xəbər verir ki, raketlər təxminən 900 kilometr məsafə qət edərək beynəlxalq sulara çatıb. Yaponiya Müdafiə Nazirliyi raketlərin 50000 metr hündürlüyə çatdığını açıqlayıb. Məlumata görə, raketlərin buraxılışından sonra Cənubi Koreya təhlükəsizlik şurasının iclasını təşkil edib.

Qeyd edək ki, ekspertlər Şimali Koreaynın bu addımının ABŞ-nin Venesueladakı əməliyyatından sonra rejimin təhlükəsizliklə bağlı narahatlıqlarının artmasından qaynaqlandığını irəli sürüblər.

Seçilən
61
metbuat.az

1Mənbələr