AZ

Belə təkərlə maşın sürmək olmaz - Yolda partlayır

Təkərdə balon və ya qabarıq təkərin yan divarında hava qatlarının arasında yaranan qabarcıqdır və bu təkərin daxili quruluşunun zədələndiyini göstərir və istənilən vaxt partlayışa səbəb ola bilər.

Milli.Az xəbər verir ki, təkərin çox qatlı quruluşu var, daxili hava saxlayan lay, möhkəmləndirici kordlar və xarici rezin qat Güclü zərbə zamanı daxili lay zədələnir, hava qatlar arasında toplanaraq xaricə doğru qabarıq əmələ gətirir və bu qabarıq getdikcə böyüyərək təkərin strukturunu zəiflədir

Şişka adətən çuxur və səkiyə sürətlə dəymək, avtomobilin həddindən artıq yük daşıması, təkərin aşağı təzyiqdə sürülməsi, nadir hallarda istehsal qüsuru səbəbindən yaranır.

Belə təkərlə sürmək təhlükəlidir və təkər dərhal dəyişdirilməlidir. Daxili zədə bərpa olunadığı üçün təmir mümkün deyil. Ehtiyat təkərlə evə qayıtmaq mümkündür, lakin yavaş sürmək və ən qısa zamanda şin servisinə müraciət etmək tövsiyə olunur.

Şişkanın qarşısını almaq üçün təkərlərin təzyiqini müntəzəm yoxlamaq, yolun qüsurlu hissələrindən uzaq keçmək, sürəti nəzarətdə saxlamaq və təkərləri vizual olaraq yoxlamaq vacibdir.

İsmayıl
Milli.Az

Seçilən
30
1
milli.az

10Mənbələr