AZ

Nyu-York məhkəməsi Maduronun işi üzrə növbəti iclasın tarixini açıqladı

Nyu-York məhkəməsi Venesuelanın sabiq prezidenti Nikolas Maduro ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclasını 17 mart tarixinə təyin edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Məlumata görə, məhkəmə eyni zamanda Maduronun Venesuela konsulluğunun əməkdaşları tərəfindən ziyarət olunmasına da razılıq verib. Bu qərar onun konsulluq hüquqlarının təmin olunması çərçivəsində qəbul edilib.

Maduronun vəkili bildirib ki, hazırda müdafiə tərəfi onun zaminə buraxılması ilə bağlı vəsatət qaldırmır. Lakin vəkilin sözlərinə görə, prosesin növbəti mərhələlərində bu məsələ ilə bağlı rəsmi müraciət edilə bilər.

Qeyd edək ki, Maduronun işi ABŞ-da və beynəlxalq arenada geniş rezonans doğurmaqda davam edir və məhkəmə prosesi Venesuela–ABŞ münasibətlərində yeni gərginlik mərhələsi kimi qiymətləndirilir.

Seçilən
62
nocomment.az

1Mənbələr