ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran hökuməti etirazçıların öldürülməsini əmr edərsə, ABŞ onlara qarşı çox sərt zərbələr endirəcək: “Görəcəyik. Biz bu vəziyyəti çox diqqətlə izləyirik.
Əgər onlar keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ onlara çox sərt zərbə endirəcək”, – deyə Tramp təyyarəsində jurnalistlərə bildirib.
Qeyd edək ki, Tehranda kütləvi etirazlar 2025-ci ilin sonlarında başlayıb. Onlar inflyasiyanın artması və İran rialının kəskin şəkildə düşməsi ilə bağlı xalqın narazılığı ilə başlayıb.
//Samir Qurbanov, Editor.az