AZ

Nikolas Maduronun oğlu danışdı

Venesuela Prezidenti Nikolas Maduronun oğlu Maduro Guerra ABŞ-nin əməliyyatından sonra açıqlama verib. Metbuat.az xəbər verir ki, o, hakim partiyada Nikolas Maduronun ətrafında ona xəyanət edənlərin olduğunu iərli sürüb. İnternetdə paylaşılan səs yazısında Maduro Guerra Nikolas Maduronun ətrafında formalaşan Çavizm hərəkatı daxilində daxili parçalanmaların ola biləcəyini ifadə edib. Onun sözlərinə görə, tarix xainlərin kim olduğunu göstərəcək. Querra partiya üzvlərini və tərəfdarlarını səfərbər olmağa çağırıb.

Maduro Querra həmçinin xarici hücuma qarşı daha sıx siyasi və hərbi koordinasiyanın zəruriliyini vurğulayıb.

Seçilən
87
metbuat.az

1Mənbələr