AZ

Trampın hədələdiyi prezidentdən sərt reaksiya

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın ittihamlarına cavab verib. Metbuat.az xəbər verir ki, o, bir daha silaha toxunmayacağına and içdiyini, lakin Kolumbiyanı müdafiə etmək üçün silah götürməyə hazır olduğunu vurğulayıb. Petro hakimiyyəti dövründə narkotiklərlə mübarizədə uğurlar qazanıldığını və rekord miqdarda kokain müsadirə edildiyini ifadə edib.

Qeyd edək ki, Donald Tramp Kolumbiyanı kokain istehsal edib ABŞ-yə satmaq ittiham etmişdi. Tramp lazım gələrsə Venesueladakına bənzər hərbi əməliyyatın Kolumbiyada da həyata keçirilə biləcəyini irəli sürüb.

Seçilən
35
metbuat.az

1Mənbələr