İngiltərənin "Kristal Pelas" klubunun 21 yaşlı istedadlı yarımmüdafiəçisi Adam Uorton karyerasında böyük bir sıçrayış etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Real Madrid" klubu gənc ingilis futbolçunu transfer etmək üçün "Çelsi", "Liverpul", "Mançester Siti" və "Mançester Yunayted" kimi nəhənglərlə ciddi rəqabətə girib.
"Diario AS" nəşrinin məlumatına görə, "Kristal Pelas" rəhbərliyi Uortonun transferindən ən azı 65 milyon avro gəlir əldə etməyi planlaşdırır ki, bu da Eberiçi Ezenin satış məbləğindən daha çoxdur.
Müasir futbolun ən parlaq perspektivlərindən biri hesab olunan Uortona təklif ediləcək maaş paketinin də "elit" səviyyədə olacağı bildirilir. Skautların hesabatına görə, gənc oyunçunun oyun qurmaq qabiliyyəti və meydanı görmə bacarığı onu Avropanın top klubları üçün 1 nömrəli hədəfə çevirib.
Kamil Xudiyev