GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) istefa vermiş rəhbəri Vasil Malyuk Rusiya ərazisinə yeni zərbələr endirməklə hədələyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram hesabında paylaşım edib. Malyuk vurğulayıb ki, mümkün zərbələr yerdə, havada və suda həyata keçirilə bilər.
O, açıqlamasında əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidməti qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməyə davam edəcək.
Malyuk həmçinin Rusiyanın arxa cəbhəsinə dərin nüfuz edərək ən az gözlənilən yerlərə zərbələrin endiriləcəyini bildirib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.