ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Sakit okeanın dərinliklərində sarı fundamental yol aşkar edilib.
Globalinfo.az xəbər verir ki, nu kəşf ABŞ-dakı Okean Kəşf Fonduna aid “Nautilus” araşdırma gəmisi tərəfindən aparılan tədqiqat zamanı həyata keçirilib.
Tədqiqat Liliuokalani Sırtı ərazisində dünyanın ən böyük dəniz mühafizə zonalarından biri olan “Papahanaumokuakea” Milli Dəniz Parkında aparılıb.
Okean dibində insan tərəfindən döşənmiş kimi görünən düzgün çatlaq xətlərinə malik daşlar araşdırmaçılarda təəccüb yaradıb. Elmi açıqlamaya görə, bu “sarı fundamental yol” tamamilə təbii geoloji proseslər nəticəsində yaranıb.
Alimlər bildirirlər ki, 90 dərəcə bucaqlı çatlaqlar yüksək enerjili vulkanik partlayışlar zamanı qayaların qırılması və istilik-soyuqluq dövrləri nəticəsində meydana gəlib.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.