“Bavariya” Dayo Upamekano ilə müqavilənin uzadılması üzərində işini davam etdirir.Fransız müdafiəçinin münhenlilərlə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.
Sportal.az xəbər verir ki, klubun baş icraçı direktoru Yan-Kristian Drezzen, eləcə də idman direktorları Maks Eberl və Kristof Froynd futbolçu ilə yeni müqavilənin imzalanacağına əmindirlər. Yeni razılaşmaya sərbəstqalma (təzminat) bəndinin daxil edilməsi böyük ehtimalla mümkündür.
Qeyd edək ki, cari Bundesliqa mövsümündə Dayo 12 oyunda meydana çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi