AZ

Beynəlxalq arenada yeni mərhələ: eşitmə məhdudiyyətli şəxslərin uğur ili

"2025-ci il tək təşkilatımız üçün yox ümumiyyətlə eşitmə məhdudiyyətli şəxslər üçün beynəlxalq əməkdaşlıq baxımından mühüm hazırlıq və inkişaf ili oldu. Əlilliyi olan şəxslərin hüquqları, inklüzivlik və işarət dili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, idman sahəsində əlaqələrin qurulması yeni əməkdaşlıq imkanlarını formalaşdırdı. İl sonu Deflimpiya komitəsinin Tokio-2025 Deflimpiya beynəlxalq İdman yarışlarından ilk dəfə eşitmə məhdudiyyətli idmançımızın uğurla vətənə dönməsi, ölkə Prezidentimiz tərəfindən təltif alması bizi çox qürurlandırdı. Ümumiyyətlə  bu ili beynəlxalq açılım üçün etibarlı əsasların yaradıldığı mərhələsi kimi qiymətləndiririk".

Bu sözləri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a bildirib. Onun sözlərinə görə, ümumilikdə, Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda təmsilçilik səviyyəsini müsbət və artan xətt üzrə qiymətləndirmək olar. Son illər müşahidə olunur ki, bir sıra QHT-lər regional və qlobal təşəbbüslərdə daha fəal iştirak edir, xüsusilə ekoloji məsələlər, iqlim dəyişikliyi, insan hüquqları, sosial inklüzivlik, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahələrində aktivlik nümayiş etdirirlər:

"Eyni zamanda, ölkəmizin son illərdə bir sıra beynəlxalq nüfuzlu tədbirlərə ev sahibliyi etməsi QHT-lər üçün yeni əməkdaşlıq imkanları yaradıb. Bu cür tədbirlər çərçivəsində QHT-lərin beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla birbaşa təmas qurması, təcrübə mübadiləsi aparması və yeni layihələrə cəlb olunması mühüm əhəmiyyət daşıyır".

Seçilən
36
qht.az

1Mənbələr