AZ

Kadırov 20 yaşlı oğlunu baş nazirin müavin təyin edib

20 yaşlı Ahmat Kadırov Çeçenistan hökumətində yeni vəzifəyə gətirilib...

Poliqon xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov özünün 20 yaşlı oğlu Ahmat Kadırovu respublika hökumətinin sədri müavini – idman və bədən tərbiyəsi naziri vəzifəsini icra edən şəxs təyin edib. Bu təyinat Çeçenistan hökumətinin sədri Məhməd Daudovun təqdimatı əsasında həyata keçirilib.

Eyni zamanda, hökumət sədrinin digər müavini kimi milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri vəzifəsində çalışmış Əhməd Dudaev təyin olunub. Ramzan Kadırov bildirib ki, həm Əhməd Kadırov, həm də Əhməd Dudaev böyük idarəçilik təcrübəsinə malikdir, onların rəhbərlik etdiyi sahələri yaxşı başa düşürlər və məsuliyyətli, effektiv rəhbərlər kimi tanınırlar.

Çeçenistan rəhbəri əlavə edib ki, hər iki siyasətçi respublikanın sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verib. Kadırov onları yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Qeyd edək ki, dekabrın 30-da Ramzan Kadırov digər oğlu, 18 yaşlı Adam Kadırovu – bölgənin Təhlükəsizlik Şurasının katibi – “Çeçenistan Respublikasının ilk prezidenti Ahmat-Hacı Kadırovun xatirəsinə” medalına layiq görüb. Parlamentar bildirib ki, A.Adam Kadırov ölkənin təhlükəsizliyi, sabitliyi və inkişafı sahəsində verdiyi əhəmiyyətli töhfəyə görə medalla təltif olunub.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr