AZ

2025-ci ildə aviaqəzalarda 418 nəfər həlak olub

Ən çox itki Air India-nın Boeing 787-8 Dreamliner təyyarəsi ilə bağlı hadisədə qeydə alınıb...

2025-ci ildə dünyada baş vermiş aviaqəzalarda ümumilikdə 418 nəfər həyatını itirib.

Poliqon xəbər verir ki, bu barədə Almaniya Aviasiya Sənayesi Birliyi (BDL) məlumat yayıb. Statistikaya əsasən, qurbanların 352-si sərnişin, 33-ü ekipaj üzvü, 33-ü isə yerüstü sakinlərdir. Məlumatlar ABŞ mərkəzli Aviation Safety Network portalının verdiyi məlumatlar əsasında toplanıb; burada 14 nəfərdən çox sərnişin tutumu olan mülki təyyarələrin hadisələri nəzərə alınır.

2025-ci ilin göstəricisi 2024-cü ilə nisbətən yüksəlib (334 ölüm), lakin ötən 50 il ərzindəki statistik göstəricilərlə müqayisədə hələ də xeyli aşağıdır. Məsələn, 1970-ci illərdə havada ölüm ehtimalı 1/264 000 idisə, indi 1/11 459 330 səviyyəsinə düşüb. Bu müddət ərzində aviasiya sərnişinlərinin sayı təxminən 10 dəfə artaraq ildə 4,7 milyard nəfərə çatıb.

2025-ci ilin ən böyük aviakatastrofası Hindistanın Əhmədabad şəhərində Air India şirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğraması olub. Almaniyada isə il ərzində ciddi aviakatastrofa qeydə alınmayıb.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr