Fransa prezidenti Vaşinqtonun əməliyyat metodlarını tənqid edib...
Fransa prezidenti Emmanuel Makron Venesuelada prezident Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını “yaxşı xəbər” kimi qiymətləndirib, lakin ABŞ-ın həyata keçirdiyi əməliyyatın metodlarını təsdiqləmədiyini bildirib.
Poliqon xəbər verir ki, bu barədə France24 telekanalı məlumat yayıb.
Makron qeyd edib ki, Venesuela xalqının təhlükəsizliyi və regionda sabitliyin qorunması prioritet olmalıdır. O, beynəlxalq hüququn prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulayıb və ABŞ-ın hərbi əməliyyatlarının bu prinsipləri nəzərə almadığını bildirib.
Fransa prezidenti əlavə edib ki, hər hansı siyasi dəyişiklik və ya hakimiyyət dəyişikliyi yalnız qanuni və diplomatik yollarla, həmçinin dialoq əsasında baş verməlidir. Onun fikrincə, zor tətbiq edən üsullar qısa müddətli nəticə verə bilər, lakin uzunmüddətli sabitlik üçün təhlükə yaradır.
Makron həmçinin beynəlxalq ictimaiyyəti Venesuela ilə bağlı vəziyyətin sülh yolu ilə həllinə çağırıb və Fransa tərəfinin bu prosesdə rol oynamağa hazır olduğunu bildirib.
Poliqon.info