AZ

Netanyahudan Putinə İLGİNC xahiş: İrana BU MESAJI ötürsün

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən İrana sakitləşdirici məzmunlu mesajın çatdırılmasını xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin Kan News telekanalı məlumat yayıb.

Məlumata görə, Netanyahu qeyd edib ki, İsrailin İrana hücum etmək niyyəti yoxdur və mövcud mərhələdə gərginliyin daha da artmasında maraqlı deyil.

İsrail tərəfi mesajın əsas məqsədinin regionda eskalasiyanın qarşısını almaq və mümkün yanlış anlaşmaları aradan qaldırmaq olduğunu vurğulayıb.

Seçilən
66
nocomment.az

1Mənbələr