Venesuelanın sabiq prezidenti Nikolas Maduronun həyat yoldaşı Silia Flores məhkəmə iclasında alnında sarğı ilə, həmçinin sağ gözünün altında görünən göyərmə ilə iştirak edib.
NOCOMMENT.az-ın The New York Times qəzetinə istinadən məlumatına görə, Floresin vəziyyəti diqqət çəkib: o, tarazlığını saxlamaq üçün məhkəmə nəzarətçisinə (mühafizəçiyə) söykənirmiş.
Bu məqam zalda olanların diqqətindən yayınmayıb və Floresin fiziki durumunun qənaətbəxş olmadığı təəssüratı yaradıb.