525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Böyük Britaniyada bir sıra zərərli hesab edilən məhsulların reklamı günün müəyyən vaxtlarında qadağan edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qadağa Böyük Britaniyada uşaqlar arasında piylənmənin qarşısını almaq məqsədilə tətbiq olunub. Belə ki, 05.30-dan 21.00-a kimi televiziyada və internet mediada piylənməyə səbəb olacaq məhsullar reklam edilə bilməz. İlkin hesablamalara görə, bunun sayəsində uşaqlar il ərzində artıq qəbul edilən 7,2 milyard kaloridən xilas olacaqlar.
Qeyd edək ki, reklamı yasaqlanan məhsulların siyahısına bəzi spirtsiz içkilər, şokoladlar, şirniyyatlar, pitsalar, dondurmalar, quru səhər yeməkləri və sıyıqlar, yoqurtlar, buterbrodlar, şəkərli un məhsulları və s. daxildir.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.