“Mançester Siti” müdafiəçi Yoşko Qvardiolun İngiltərə Premyer Liqasının 20-ci turunda zədə aldığını açıqlayıb.
İdman.Biz bildirir ki, bu oyunda “Siti” “Çelsi” ilə heç-heçə edib - 1:1. Xorvatiyalı həmin oyunda zədə alıb və 51-ci dəqiqədə əvəzlənib.
“Mançester Siti” təsdiqləyir ki, Yoşko Qvardiolun sağ ayağında baldır sümüyünün sınığı var. Zədə bazar günü “Çelsi”yə qarşı Premyer Liqa matçının ikinci hissəsində baş verib. Müdafiəçi bu həftə əməliyyat olunacaq. Zədənin tam dərəcəsini və proqnozu müəyyən etmək üçün testlər davam edir.
Klubdakı hər kəs Yoşkoya tezliklə sağalmağı arzulayır və “Mançester Siti” onun vəziyyəti barədə sizi mütəmadi olaraq məlumatlandıracaq”, - deyə “Mançester Siti”nin mətbuat xidməti komandanın rəsmi saytında dərc olunmuş açıqlamada bildirib.