AZ

“BMW” avtobus dayanacağına ÇIRPILDI – Ölən və yaralananlar var – VİDEO

Krasnodar diyarında “BMW” avtobus dayanacağına çırpılıb, bir qadın ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sürətli avtomobil bir neçə maşını vuraraq dayancaqdakı piyadaları əzib, 4 nəfər yaralıdır.

Məlumata görə, Krasnodar diyarının Qoryaçiy Klyuç şəhərində “BMW” markalı avtomobil yüksək sürətlə hərəkət edərək insanlarla dolu avtobus dayanacağına çırpılıb.

İlkin məlumatlara görə, sürücü əvvəlcə bir neçə avtomobillə toqquşub. Bundan sonra maşın idarəetmədən çıxaraq ictimai nəqliyyat dayanacağı istiqamətinə sürüşüb və oradakı piyadaları vurub.

Hadisə nəticəsində bir qadın həyatını itirib. Dörd nəfər, o cümlədən bir uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr