AZ

Laboratoriyalardan auditoriyalara: Bakı Dövlət Universitetinin iki fakültəsinin elmi həyatı fotolarda

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi 1934-cü ildə yaradılıb.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, fakültədə tədris əyani və qiyabi təhsilalma formaları üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 4 ixtisas üzrə bakalavr, 20 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir, həmçinin fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində 9 ixtisas üzrə elmi kadr hazırlığı aparılır.

Biologiya fakültəsi Türkiyə, Gürcüstan, Rusiya, Almaniya, Fransa, İspaniya, İngiltərə kimi ölkələrin aparıcı universitetləri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir. Universitetin Kimya fakültəsi isə 1919­-­cu ildən Azər­bay­can Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində fəaliyyət gös­tə­rən Ümumi və qeyri-üzvi kimya kafedrasının bazası əsasında ya­radılıb.

Kimya fa­­­kültəsi 1934-cü il­dən müs­təqil fakültə ki­mi fəa­liyyət göstərir. Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 35 tədris laboratoriyası mövcuddur.

Bakı Dövlət Universitetinin Biologiya və Kimya fakültələrindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
oxu.az

1Mənbələr