ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyada avtomagistralda inkassator maşınına qarşı silahlı soyğunçuluq hadisəsi baş verib. Nəticədə naməlum cinayətkarlar təxminən 400 min avro pul oğurlayıblar.
Oxu.Az "Ansa" agentliyinə istinadən xəbər verir ki, quldurlar bir neçə avtomobillə yolu bağlayaraq nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Daha sonra inkassator maşınına pusqu quraraq hücuma keçiblər.
Cinayətkarlar tüstü şaşkalarından istifadə edib, yola təkərlər atıblar və zirehli avtomobilə atəş açıblar. Sürücü və mühafizəçilər hələ maşının içində olarkən, onlar partlayıcı qurğunun köməyi ilə inkassator avtomobilini və içindəki seyfi açıblar.
Hadisədən sonra quldurlar oğurlanmış pullarla ərazidən uzaqlaşıblar. Hadisə zamanı xəsarət alan olmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.