ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Bəzi media və sosial şəbəkələrdə Suriya Prezidenti Əhməd Əl Şaraanın sui-qəsdə məruz qaldığı iddia olunub.
“Qafqazinfo” xəbər verir ki, iddialarda Şaraanın hücum zamanı yaralandığı, müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.
Lakin Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bu iddiaları qəti şəkildə təkzib edib.
O, teleqram hesabında paylaşdığı açıqlamada Şaraa və bəzi yüksək vəzifəli şəxslər barədə yayılan belə iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb. O, iddiaların “tamamilə və qəti şəkildə yalan” olduğunu bildirərək, vətəndaşları və media qurumlarını yalnız rəsmi və etibarlı mənbələrə istinad etməyə çağırıb.
İddialardan sonra prezident paytaxt Dəməşqdəki Mezze məhəlləsində yerləşən bir bazarda alış-veriş edərkən görüntülənib. Onun Suriya Mərkəzi Bankı tərəfindən buraxılmış yeni Suriya əskinasları ilə alış-veriş etdiyi bildirilib.
Bazar işçisi Heysem Hayek prezidentin mağazasına gələrək peçenye aldığını deyib:
“Səhhəti yaxşıdır. Çox sevindik”.
Digər bazar işçisi Razan Hələbi isə Şaraanın bazara gələrək, bəzi məhsullar aldığını və yeni dövriyyəyə buraxılan əskinaslarla bağlı problemləri dinlədiyini bildirib.
“Onun ödədiyi pulu götürdüm və xatirə olaraq saxlayacağam”, – deyə əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.