ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Uşaq piylənməsi ilə mübarizə çərçivəsində Böyük Britaniyada gündüz saatlarında zərərli məhsulların reklamı qadağan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında qeyd olunur ki, faydasız hesab edilən qida və içkilərin reklamına televiziya və internetdə saat 05:30-dan 21:00-dək qadağa tətbiq olunacaq. Bu tədbirlərin hər il uşaqların qida rasionundan 7,2 milyard kalorinin çıxarılmasına kömək edəcəyi bildirilir.
Səhiyyə Nazirliyi potensial zərərli qidalara alkoqolsuz içkilər, şokolad və şirniyyatlar, pizza, tortlar və dondurma, quru səhər yeməkləri və sıyıqlar, sendviçlər, şirinləşdirilmiş çörək-bulka məmulatları və yoqurtu aid edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.