ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodriges ABŞ rəsmiləri ilə əməkdaşlığa başlayıb. Amma Maduronun ələ keçirilməsinədək hər hansı təmaslarımız olmayıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Ağ Ev rəhbəri NBC telekanalına müsahibəsində mümkün ilkin razılaşmalarla bağlı sualı cavablandırarkən deyib.
O həmçinin qeyd edib ki, yaxın vaxtlarda Rodrigesə qarşı tətbiq olunan sanksiyalarla bağlı qərar qəbul ediləcək.
Trampın sözlərinə görə, ABŞ bəzi məhdudiyyətlərin saxlanılıb-saxlanılmayacağına və ya ləğv ediləcəyinə gələcək əməkdaşlığın səviyyəsindən asılı olaraq qərar verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.