ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Aktrisa Evangeline Lilli ciddi sağlamlıq problemlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, kino ulduzu sosial mediada yayımladığı videomesajda 2025-ci ilin may ayında baş verən bədbəxt hadisə zamanı aldığı beyin zədəsinin nəticələrindən əziyyət çəkdiyini bildirib.
Lillinin sözlərinə görə, son tibbi müayinələr beynin demək olar ki, bütün hissələrində fəaliyyət azalmasını göstərib. Zədə aktrisanın çimərlikdə huşunu itirməsi və başının qayaya dəyməsi nəticəsində yaranıb.
Hazırda onda idrak geriləməsi əlamətləri müşahidə olunur, lakin kino ulduzu sağalması üçün həkimlərlə sıx əməkdaşlıq etməyi planlaşdırır.
Xatırladaq ki, Lilli Peter Ceksonun "Hobbit" trilogiyasındakı elf Tauriel rolu ilə geniş şöhrət qazanıb. Onun ən son işi "Qarışqa Adam və Arı: Kvantumaniya" filmi olub. Filmin yayımlanmasından sonra Lilli karyerasına fasilə verdiyini elan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.