Bakı. Trend:
Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bubarədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.Simane prefekturasında qeydə alınan yeraltı təkanların episentriYerin 10 kilometr dərinliyində yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçədəqiqə sonra ləğv edilib.