AZ

Tailand Kamboca arasında yenidən gərginlik yaşanıb, atəşkəs rejimini pozulub

BAKI, 6 yanvar. TELEQRAF

Tailand hakimiyyəti Kambocanı iki ölkə arasında mövcud olan atəşkəs rejimini pozmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tailandın Kamboca ilə sərhəddəki vəziyyət üzrə yaradılmış birgə mətbuat mərkəzinin yaydığı açıqlamada bildirilir ki, 6 yanvar tarixində, saat 07:25-də Kamboca hərbçiləri Tailandın Ubon Ratçathani əyalətində yerləşən mövqelərini minaatanlardan atəşə tutublar.

Məlumata əsasən, atəş Çonq Bok ərazisinə endirilib və insident nəticəsində bir tailandlı hərbçi qəlpə yarası alıb.

Qeyd edək ki, Kamboca və Tailand 27 dekabr tarixində, iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasının yekunlarına əsasən, yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs barədə razılığa gəliblər.

Xatırladaq ki, sərhəddə son gərginlik mərhələsi 7 dekabrda baş verən atışma ilə başlayıb. 8 dekabrda Tailand quru qoşunları Kamboca ordusunun artilleriya zərbələri endirdiyini bildirib, bundan sonra Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna cavab zərbələri endirib.

Toqquşmalar zamanı 23 tailandlı hərbçi həlak olub. Kamboca Müdafiə Nazirliyinin məlumatına görə isə, ölkə ərazisində 31 mülki şəxs ölüb, azı 87 nəfər yaralanıb.

Seçilən
69
teleqraf.com

1Mənbələr