Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller ABŞ-ın Venesueladakı əməliyyatını şərh edərkən CNN-ə açıqlama verib.
Doğru.az xəbər verir ki, Miller müasir beynəlxalq münasibətlərdə güc faktorunun həlledici olduğunu bildirib.
Onun sözlərinə görə, “biz beynəlxalq ləyaqət və digər anlayışlar haqqında istədiyimiz qədər danışa bilərik, amma real dünyada yaşayırıq. Bu dünya güclə, qüdrətlə idarə olunur”. Miller eyni zamanda qeyd edib ki, bu dünyanın “dəmir” qanunları məhz güc və qüdrətdir.
Doğru.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp da bir müddət əvvəl NBC-yə verdiyi müsahibədə özünü Venesuela idarəçiliyində əsas fiqur adlandırmışdı.
DOĞRU.AZ