AZ

Karakasda prezident sarayı yaxınlığında silah səsləri

Karakasın mərkəzində, prezident sarayının yaxınlığında silah səsləri eşidilib.

Doğru.az xəbər verir ki, hadisə paytaxtın təhlükəsizlik baxımından ən həssas ərazilərindən birində baş verib.

Yerinə hüquq-mühafizə orqanlarının cəlb olunduğu bildirilir. Hazırda insidentin səbəbləri və mümkün xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Əraziyə giriş-çıxışa məhdudiyyətlərin tətbiq edildiyi qeyd olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Seçilən
65
dogru.az

1Mənbələr