AZ

Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlığı genişlənməlidir – QHT sədri

"QHT-lərin beynəlxalq mövqeyinin gücləndirilməsi üçün əsas addımlardan biri qlobal şəbəkələrə inteqrasiyadır. Bu, təcrübə mübadiləsi və davamlı inkişaf baxımından olduqca vacibdir. Bunun üçün QHT-lərin beynəlxalq layihə hazırlamaq bacarıqları artırılmalı, xarici dil bilikləri gücləndirilməlidir".

Bu fikirləri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a bildirib. O bildirib ki, eyni zamanda dövlət qurumları ilə QHT-lər arasında daha sıx əməkdaşlıq beynəlxalq tərəfdaşlıqların genişlənməsinə və təmsilçiliyin artmasına şərait yaradar. Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda fəal iştirakı isə ölkəmizin vətəndaş cəmiyyəti potensialının tanıdılmasına, Azərbaycanın mövqelərinin və prioritetlərinin beynəlxalq səviyyədə daha dolğun təqdim olunmasına mühüm töhfə verər:

"2026-cı il üçün əsas prioritetimiz, hər zaman olduğu kimi, eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının qorunmasıdır. Bu prioritet məktəbəqədər təhsildən başlayaraq ümumi və ali təhsil, məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiə, əlçatan informasiya, sosial turizm və inklüziv cəmiyyətin formalaşdırılması kimi bütün əsas sahələri əhatə edir".

QHT sədri həmçinin bildirib ki, Beynəlxalq əməkdaşlıq çərçivəsində məqsədimiz qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq təşkilatlar və tərəfdaş QHT-lərlə birgə layihələrin həyata keçirilməsi, eləcə də eşitmə və nitq məhdudiyyətli şəxslərin problemlərinin həllinin beynəlxalq platformalardan öyrənərək , daha geniş şəkildə gündəmə gətirib, həllinə nail olmaqdır. Bu istiqamətdə bilik və təcrübə mübadiləsi 2026-cı ildə fəaliyyətimizin əsas xəttini təşkil edəcək.

Seçilən
15
qht.az

1Mənbələr