Ukrayna münaqişəsinin davam etməsini dəstəkləyən üç Avropa ölkəsinin lideri 2026-cı ildə vəzifələrini tərk edəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüdçü polkovniki Lorens Uilkerson “YouTube” kanalında bildirib.
Hərbçi Almaniya, Fransa və Böyük Britaniyada keçirilən sorğuların nəticələrinə istinad edərək, insanların Rusiya ilə müharibəyə qarşı çıxdığını bildirib. Ekspertin sözlərinə görə, bu dövlətlərin başçıları "fərqli düşünürlər, çünki onlar mövcud siyasətə sıx bağlıdırlar".
"Sorğular göstərir ki, yuxarıda adı çəkilən ölkələrin liderləri bu il istefa verəcəklər, çünki nə qədər qəribə səslənsə də, hər üç ölkədə seçki sistemi işə düşəcək və onları hakimiyyətdən məhrum edəcək", - deyə o vurğulayıb.