AZ

Mançester Yunayted in dağıstanlı futbolçusu: Dağıstanda pul və perspektiv yoxdur

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Əmir İbrahimov Dağıstandakı vəziyyətdən danışıb.

Oxu.Az xəbər verir ki, əslən Buynaksk şəhərindən (Rusiya Federasiyasının Dağıstan Respublikası) olan futbolçu "Nobel" "YouTube" kanalında yayımlanan verilişdə vətəni barədə fikirlərini bölüşüb.

"Bütün ömrüm boyu Dağıstanda yaşamadığım üçün oranı görməmişəm. Amma düşünürəm ki, orada perspektiv yoxdur, ayaq basacaq bir yer və çox pul da yoxdur. Buna görə də insanlar özlərindən bir şey yaratmaq istəyirlər və buna görə də, məsələn, İngiltərədəkilərdən daha çox çalışırlar.

İngiltərədə insanlar bilirlər ki, işləyə və oxuya bilərlər, mütləq iş tapacaqlar və çox pul qazanacaqlar. Amma Rusiyada… Xeyr, Rusiyada, Dağıstanda bunu etmək çox çətindir", - deyə Əmir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
oxu.az

2Mənbələr